...

Seneqalın sabiq prezidenti dövlətlər arasında dialoqu gücləndirməyə çağırıb

Siyasət Materials 12 Mart 2026 18:10 (UTC +04:00)
Seneqalın sabiq prezidenti dövlətlər arasında dialoqu gücləndirməyə çağırıb
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal çağırışların aradan qaldırılması üçün dövlətlər arasında daha fəal dialoq və birgə həll yollarının tapılması zəruridir.

Trend xəbər verir ki, bunu Seneqalın sabiq prezidenti Maki Sal “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

“Ümumi problemlərin həlli yollarını tapmaq üçün yenilənmiş və praqmatik çoxtərəfli əməkdaşlıq modeli çərçivəsində dialoqa ehtiyacımız var. Əgər bunu etməsək, son dərəcə əlverişsiz vəziyyətlə üzləşmək riski ilə qarşılaşarıq”, – deyə Sal qeyd edib.

Onun sözlərinə görə, müasir beynəlxalq qarşılıqlı fəaliyyət modeli investisiyalar və ticarətə əsaslanan daha sıx tərəfdaşlıq istiqamətində inkişaf etməlidir ki, bu da birgə artımın və ümumi rifahın təmin olunmasına imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti