...

Media orqanlarının nəzərinə: tələblər artırılır

Cəmiyyət Materials 12 Mart 2026 13:00 (UTC +04:00)
Media orqanlarının nəzərinə: tələblər artırılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mediada dərc olunan və ya yayımlanan informasiyaya dair tələblər artırılacaq.

Trend-in məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bugünkü videokonfrans formatında birgə iclasında müzakirə olunan “Media haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, mediada dərc olunan və (və ya) yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir:

  • şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yayılmasına yol verilməməlidir.

Bu tələb pozulduqda yayım Audiovizual Şuranın qərarı ilə 24 saat müddətinədək müvəqqəti dayandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti