...

Xaçmazın Ləcət kəndində səyyar qəbul keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Mart 2026 16:12 (UTC +04:00)
Xaçmazın Ləcət kəndində səyyar qəbul keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon prokuroru Rəşad Məmmədovun, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Ləcət kəndində növbəti səyyar qəbulunu keçirib.

Qəbulda Ləcət İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Ləcət, Moruqoba və Tağaroba kənd sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qarşıdan gələn Ramazan və Novruz bayramı münasibətilə sakinləri təbrik edib, onlara xoş arzularını çatdırıb. Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətindən danışıb.

Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bir neçə məsələnin həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi, su təchizatının yaxşılaşdırılması və məktəb binasının əsaslı təmiri ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciət yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti