...

"Anglo Asian Mining" Azərbaycanda 1 milyon unsiyadan çox qızıl ekvivalenti hasil edib

İqtisadiyyat Materials 12 Mart 2026 15:32 (UTC +04:00)
"Anglo Asian Mining" Azərbaycanda 1 milyon unsiyadan çox qızıl ekvivalenti hasil edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

"Anglo Asian Mining" şirkətinin Azərbaycandakı mədənləri mühüm istehsal mərhələsinə çatıb — 2009-cu ildə fəaliyyətə başladığı vaxtdan bəri bir milyon unsiyadan çox qızıl ekvivalenti hasil edilib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Şirkət qızıl və gümüş hasilatına Gədəbəy yatağının açıq mədənində başlayıb. 2025-ci ildə genişlənmə strategiyası çərçivəsində "Anglo Asian Mining" çoxaktivli istehsalçıya çevrilərək "Gilar" yeraltı mis-qızıl mədənini və Dəmirli mis karxanasını istismara verib.

Bu dəyişikliklərdən sonra şirkət təsdiqləyib ki, 2026-cı ilin yanvar ayının sonuna olan məlumata görə, fəaliyyətə başladığı vaxtdan ümumi istehsal həcmi bir milyon unsiyanı aşan qızıl ekvivalentinə çatıb. Bunun tərkibinə təxminən 851 min unsiya qızıl, 1,9 milyon unsiya gümüş və 30 min tondan çox mis daxildir.

Şirkət fevral ayında bildirmişdi ki, 2026-cı il dönüş nöqtəsi ola bilər: 2025-ci ildə istismara verilmiş Gilar və Dəmirli mədənlərində hasilatın artması hesabına mis istehsalının üç dəfə artacağı gözlənilir.

“Bizim üçün bu mərhələyə - bir milyon unsiyadan artıq qızıl ekvivalenti hasilatına - çatmağımızı qeyd etmək vacibdir. Son illərdə istehsal imkanlarımız xeyli genişlənib, ötən il çoxaktivli modelə keçid isə şirkətin inkişafında mühüm mərhələ olub. İstehsal güclərimizin davamlı inkişafı sayəsində mümkün olmuş bu mühüm nəticə münasibətilə bütün komandamızı təbrik edirəm”, - deyə "Anglo Asian Mining" şirkətinin vitse-prezidenti Stiven Vesthed bildirib.

Bu dəyişikliklərdən sonra şirkət təsdiqləyib ki, 2026-cı ilin yanvar ayının sonuna olan məlumata görə, fəaliyyətə başladığı vaxtdan ümumi istehsal həcmi bir milyon unsiyanı aşan qızıl ekvivalentinə çatıb. Bunun tərkibinə təxminən 851 min unsiya qızıl, 1,9 milyon unsiya gümüş və 30 min tondan çox mis daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti