...

Ötən il Azərbaycanda "Apple Pay" və "Google Pay" ilə edilən ödənişlər artıb

İqtisadiyyat Materials 12 Mart 2026 19:47 (UTC +04:00)
Ötən il Azərbaycanda "Apple Pay" və "Google Pay" ilə edilən ödənişlər artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il ərzində Azərbaycanda "Apple Pay" və "Google Pay" vasitəsilə edilən ödənişlərin sayı 2024-cü illə müqayisədə 67% artıb, həcmi isə 66% yüksəlib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Bildirilir ki, hesabat dövrü ərzində POS-terminallar vasitəsilə edilən hər ikinci təmassız ödəniş məhz "ağıllı cihazlar"la həyata keçirilib.

"Azərbaycanda rəqəmsal ödənişlərin istifadəsi yüksək dinamika göstərir. 2025-ci il ərzində Milli Ödəniş Sistemi (MOS) vasitəsilə işlənən əməliyyatların həcmi 840,9 milyard manat təşkil edib ki, bu da ÜDM-in altı qatına bərabərdir", - məlumatda qeyd edilib.

Məlumata görə, gündəlik ödənişlərin həyata keçirilməsində əsas ödəniş vasitəsi debet və kredit kartları olub, ölkə daxilində onların köməyi ilə edilən nağdsız ödənişlərin həcmi 2024-cü illə müqayisədə 26% artaraq 99,1 milyard manata çatıb.

Kartlar vasitəsilə yerli əməliyyatlarda nağdsız dövriyyənin payı 2024-cü illə müqayisədə 3,4 faiz bəndi artaraq tarixdə ən yüksək səviyyə olan 67,6%-ə yüksəlib.

Qeyd edək ki, yanvar ayının sonuna olan məlumata görə, Azərbaycanda banklar və "Azərpoçt" ASC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aydan 176 min ədəd artaraq 22 milyon 156 min ədəd olub.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11% artıb.

Debet kartlarının sayı 13,3% artıb, kredit kartlarının sayı isə 7,6% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti