Füzuli. Trend:
Füzulidə mina partlayışı nəticəsində bir nəfər həyatını itirib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.
Məlumata əsasən, Füzulidə çoban kimi çalışan Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu atla hərəkətdə olarkən minaya düşüb.
Partlayış nəticəsində R.Hacıyev hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
