...

İranın Ali Lideri vətəndaşlardan küçələrə çıxaraq effektiv iştiraklarını qorumalarını istəyib

Dünya xəbərləri Materials 12 Mart 2026 18:52 (UTC +04:00)
İranın Ali Lideri vətəndaşlardan küçələrə çıxaraq effektiv iştiraklarını qorumalarını istəyib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran vətəndaşları küçələrə axışaraq öz effektiv iştiraklarını qoruya bilərlər.

Trend-in məlumatına görə, bunu İranın Ali Lideri Müctəba Xamenei İran vətəndaşlarına müraciətində bildirib.

Onun sözlərinə görə, zəruri hallarda toplanışı ilə öz gücünü göstərən vətəndaşlar arasında birliyin qorunması zəruridir və ona zərbə vurmaq olmaz.

“Küçələrə axışaraq öz effektiv iştirakınızı qoruyun. Bir-birinizə köməklik göstərin. Hazırda ölkənin çətin vaxtlarında bəzilərinin vəziyyəti ağırdır. Xidmətlər göstərən bütün qurumlardan bu istiqamətdə vətəndaşlara tam şəkildə dəstək göstərməsini istəyirəm”, - deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti