Bakı. Trend:
Hamını arxayın edirəm ki, İran öz itkilərinin qisasını almaqdan imtina etməyəcək.
Trend-in məlumatına görə, bunu İranın Ali Lideri Müctəba Xamenei İran vətəndaşlarına müraciətində bildirib.
Onun sözlərinə görə, bu qisas sadəcə İranın Ali Lideri deyil, öldürülən bütün İran vətəndaşları üçün olacaq.
İranın Ali Lideri qeyd edib ki, qısa müddət ərzində bu qisasın bir hissəsi reallaşıb. Qisas tam şəkildə reallaşmasa cinayət işləri yığılacaq və uşaqlar, körpələrlə bağlı olanlara xüsusi diqqət yetiriləcək.
Xamenei İran Ali Lideri, həyat yoldaşı, bacısı və digər ailə üzvlərinin ölümü ilə əlaqədar başsağlığı verib.
“Mümkün olduğu qədər zərərçəkənlərə yardımlar ediləcək. Məsul şəxslər bu istiqamətdə addımlar atmalı və mənə məlumat verməlidirlər”, - deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
