...

İtaliya strateji neft ehtiyatlarından təxminən 10 milyon barel neft azad edəcək

Dünya xəbərləri Materials 12 Mart 2026 23:52 (UTC +04:00)

Bakı. Trend:

İtaliya Yaxın Şərqdəki gərginliyi ilə əlaqədar böhran fonunda strateji neft ehtiyatlarının 9,966 milyon barelini azad edəcək.

Trend-in məlumatına görə, bu barədə İtaliya Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyi bildirib.

Məlumata əsasən, bu addım Beynəlxalq Enerji Agentliyinin qərarının icrası çərçivəsində atılır. Azad edilmiş ehtiyatlar, neft böhranının həlli üçün Beynəlxalq Enerji Agentliyi (BEA) ölkələri tərəfindən təmin edilən ümumi barel miqdarının təxminən 2,5%-ni təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti