...

Azərbaycan və UN-Habitat WUF13 forumuna hazırlıq məsələlərini müzakirə ediblər (FOTO)

Siyasət Materials 12 Mart 2026 23:04 (UTC +04:00)
Azərbaycan və UN-Habitat WUF13 forumuna hazırlıq məsələlərini müzakirə ediblər (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev martın 12-də BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə Anar Quliyev "X" sosial şəbəkəsində yazıb.

O bildirib ki, görüş zamanı may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq prosesini müzakirə edilib.

"Qeyd olunub ki, qarşıdan gələn tədbirə beynəlxalq maraq yüksəkdir və bugünədək artıq 15 000-ə yaxın iştirakçı qeydiyyatdan keçib. Həmçinin Forumun təşkilinə dair əsas məsələlər və hazırlıq çərçivəsində qarşıda duran addımlardan danışdıq. Əminik ki, WUF13 dayanıqlı şəhər inkişafı və mənzil siyasəti ilə bağlı qlobal çağırışların müzakirəsi üçün mühüm beynəlxalq platforma olacaq. Eyni zamanda, Azərbaycan ilə BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən birgə layihələr barədə fikir mübadiləsi apardıq", - deyə paylaşımda bildirilib.

Xəbər lenti

Xəbər lenti