...

Azərbaycan güləşçisi Avropa çempionu olub

İdman Materials 12 Mart 2026 22:37 (UTC +04:00)
Azərbaycan güləşçisi Avropa çempionu olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Trend-in məlumatına görə, 59 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Belarus təmsilçisi Marta Hetmanava ilə qarşılaşıb.

Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Bununla da Günay Qurbanova Avropa çempionu olub. Gültəkin Şirinova (55 kiloqram) isə gümüş medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti