Bakı. Trend:
BƏƏ Silahlı Qüvvələri cümə axşamı İran tərəfindən atılan on ballistik raket və 26 dronu ələ keçirib.
Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" televiziya kanalı BƏƏ Müdafiə Nazirliyinə istinadən bildirib.
Nazirlik bildirib ki, İranın hücumları başlayandan bəri BƏƏ-nin hava hücumundan müdafiə sistemləri 278 ballistik raketə və 1540 dronu vurublar.
Qeyd edilib ki, hücumlar nəticəsində altı nəfər - BƏƏ, Pakistan, Nepal və Banqladeş vətəndaşları həlak olublar.
