...

Türkiyədə Quşadasının bələdiyyə sədri həbs olunub

Dünya xəbərləri Materials 13 Mart 2026 10:11 (UTC +04:00)
Türkiyədə Quşadasının bələdiyyə sədri həbs olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Quşadası Bələdiyyəsində (Aydın vilayəti) korrupsiya ittihamları ilə bağlı əməliyyat keçirilib. İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bələdiyyə sədri Ömər Günel və daha beş nəfər saxlanılıb.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir

Baş Prokurorluqdan verilən açıqlamada bildirilib ki, Ömər Günellə yanaşı, Şəhərsalma və Tikinti İdarəsinin müdiri Əhməd Taşkan və Tikintiyə Nəzarət İdarəsinin müdiri Mustafa Burak Gündeş də daxil olmaqla beş nəfər saxlanılıb.

Saxlanılan şəxslərə qarşı rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti