...

Azərbaycan qlobal problemlərin həllində ölkələri birləşdirməyə kömək edir - ITU (ÖZƏL)

Siyasət Materials 12 Mart 2026 22:11 (UTC +04:00)
Azərbaycan qlobal problemlərin həllində ölkələri birləşdirməyə kömək edir - ITU (ÖZƏL)
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ölkələri bir araya gətirmək və dialoq platforması yaratmaq qabiliyyəti əsas qlobal məsələlərin həllini irəli aparmağa kömək edir.

Bu barədə Trend-ə Beynəlxalq Telekommunikasiya İttifaqının (International Telecommunication Union, ITU) baş katibinin müavini Tomas Lamanauskas deyib.

"Azərbaycan müxtəlif ölkələri birləşdirmək üçün əla platformadır", - deyə o bildirib.

Onun sözlərinə görə, ötən il Beynəlxalq Telekommunikasiya İttifaqı Bakıda hər dörd ildən bir keçirilən və sənayenin inkişafı məsələlərini müzakirə etmək üçün dünyanın hər yerindən nümayəndələri bir araya gətirən Ümumdünya Telekommunikasiya İnkişaf Konfransını keçirib.

"Azərbaycan konfransa uğurla ev sahibliyi etdi və nəticədə Bakı Bəyannaməsi və ətraflı fəaliyyət planı qəbul edildi. Müzakirələr zamanı rəqəmsal inkişaf məsələlərinə xüsusi diqqət yetirilib", - deyə T.Lamanauskas bildirib.

O, 80-dən çox hökumətin və 1800-dən çox iştirakçının qoşulduğu Azərbaycanda COP29 çərçivəsində qəbul edilmiş Green Digital Action bəyannaməsinin də mühüm bir hadisə olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bu, rəqəmsal gündəmin artan rolunu və Azərbaycanın yeni texnoloji problemlərin müzakirəsi və razılaşdırılmış həllərin hazırlanması ətrafında ölkələrin birləşməsini fəal şəkildə təşviq etdiyini nümayiş etdirir.

T. Lamanauskas əlavə edib ki, rəqəmsal məsələlərin də mühüm rol oynayacağı gözlənilən Ümumdünya Şəhərsalma Forumu yaxınlaşır.

"Əminəm ki, bu cür platformalar bizə dialoqu inkişaf etdirməyə və qlobal əhəmiyyətli məsələlərə ortaq yanaşmalar tapmağa imkan verir", - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti