Bakı. Trend:
Çin iki eksperimental "Shiyan-30" peykini orbitə çıxarıb.
Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər verib.
Məlumata əsasən, raketin buraxılışı yerli vaxtla səhər saat 6:33-də Siçuan vilayətinin cənub-qərbindəki Siçan kosmodromundan həyata keçirilib. Cihazlar kosmosa "Long March-2D" raket daşıyıcısı vasitəsilə buraxılıb.
Bu seriyadakı peyklər elmi ekperimentlər, ətraf mühitin monitorinqi və yeni texnologiyaların sınaqdan keçirilməsi üçün nəzərdə tutulub.