Mingəçevir. Trend:
Mingəçevir şəhərində yerləşən mənzillərdən birində qadın meyiti aşkarlanıb.
Trend-in yerli müxbirinin məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində yerləşən yaşayış binalarından birində qeydə alınıb. Belə ki, mənzillərin birində 1963-cü il təvəllüdlü şəhər sakini Rayət Göyüşovanın meyiti aşkar edilib.
İlkin baxış zamanı meyitin üzərində hər hansı zorakılıq izlərinə rast gəlinmədiyi bildirilib. Qadının ölüm səbəbi hələlik məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır. Ölümün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizasının rəyindən sonra müəyyən olunacaq.
