Bakı. Trend:
ABŞ-yə məxsus "KC-135" tipli yanacaq dolduran təyyarəsi İraqda qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində yazıb.
Bildirilib ki, qəzanın baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyatı aparılır.
Komandanlıqdan qeyd edilib ki, İrana qarşı əməliyyatda iştirak edən təyyarə vurulmayıb.
Bəyanata görə, təyyarə İraqın qərbində "başqa bir təyyarənin iştirakı ilə baş verən hadisə nəticəsində" qəzaya uğrayıb. Lakin ikinci təyyarə hadisədən sonra eniş edə bilib.
