Bakı.Trend:
Ötən il Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 169 dəfə nəqliyyat və digər qəzalara çıxışlar olub, 394 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq ərazi üzrə tibb məntəqələrinə çatdırılıb, həlak olmuş 70 nəfərin cəsədi avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabatda qeyd edilir ki, 25 partlayış hadisəsi ilə əlaqədar dağıntılar altından 2 nəfərin cəsədi və dağıntılar altında qalaraq xəsarət almış 43 nəfər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yanğınsöndürənlər tərəfindən güclü yağışlar zamanı sel basmış ev və ərazilərdən 89 nəfər xilas edilib, evlərin zirzəmilərindən və həyətlərindən, magistral yollarda su dolmuş tunel və yeraltı keçidlərdən suyun çəkilməsi üçün təxirəsalınmaz tədbirlər görülüb.
