...

2025-ci ildə dövlət büdcəsindən metroya ayrılan subsidiyanın həcmi məlum olub

İqtisadiyyat Materials 13 Mart 2026 11:01 (UTC +04:00)
2025-ci ildə dövlət büdcəsindən metroya ayrılan subsidiyanın həcmi məlum olub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ümumilikdə 2025-ci ildə “Bakı Metropoliteni” QSC-nin daxilolmalarının həcmi 14,9% artaraq 167,7 mln. manat təşkil edib.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilir ki, bu daxilolmaların 69%-i sərnişindaşıma fəaliyyətindən əldə edilən gəlirlər, 25%-i dövlət tərəfindən ayrılan subsidiya, 6%-i isə digər daxilolmalar hesabına formalaşıb.
Hesabat ilində “Bakı Metropoliteni” QSC-yə dövlət büdcəsindən 42662,2 min manat subsidiya ayrılıb.

“Bakı Metropoliteni” QSC-yə 2025-ci ildə cəmi 318430,0 min manat, o cümlədən istismar müddətini başa vurmuş vaqon parkının yenilənməsi məqsədilə 65 ədəd yeni nəsil vaqonun alınması üçün 72430,0 min manat vəsait ayrılmış və bu vəsaitin 1014,7 min manatı 65 vaqon üçün komplektləşdirici dəstlərin, 71415,3 min manatı isə 30 ədəd vaqonun alınması istiqamətində xərclənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti