Bakı. Trend:
2025-ci ildə respublika əhalisi arasında 2024-cü illə nisbətən kəskin bağırsaq infeksiyalarının yayılma səviyyəsi 6,4% (8,7 min hadisəyə qarşı 8,1 min hadisə), o cümlədən törədicisi müəyyən olunmuş enteritlərin yayılma səviyyəsi 1,9 dəfə (2,7 min hadisəyə qarşı 1,5 min hadisə) azalıb.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabata görə, viruslu hepatitlərlə ümumi xəstələnmə göstəricisi də əvvəlki illə müqayisədə 4,9 dəfə (630 hadisəyə qarşı 128 hadisə), o cümlədən Hepatit A ilə xəstələnmə 32 dəfə (444 hadisəyə qarşı 14 hadisə), Hepatit C ilə xəstələnmə 2,8 dəfə (138 hadisəyə qarşı 50 hadisə) azalıb ki, bu da həkimə müraciətlərin sayının azalması, erkən diaqnostika və ya aşkar edilmiş xəstələr barədə məlumatların ötürülməsindən irəli gəlir.
Respublika üzrə 2025-ci il ərzində 19 qarayara hadisəsi qeydə alınıb və bu da 2024-cü illə müqayisədə 3 hadisə azdır.
