...

Güləbird kənd yaşayış məntəqəsinin tikintisinin nə vaxt başa çatdırılacağı məlum olub

Cəmiyyət Materials 13 Mart 2026 11:05 (UTC +04:00)
Güləbird kənd yaşayış məntəqəsinin tikintisinin nə vaxt başa çatdırılacağı məlum olub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

581 ailəlik (birinci mərhələdə 150 ailəlik) Güləbird kənd yaşayış məntəqəsi üzrə 171,87 hektar torpaq sahəsində birinci mərhələdə 150 birmərtəbəli (24 iki otaqlı, 78 üçotaqlı, 19 dördotaqlı, 29 beşotaqlı) fərdi evin tikintisi nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, həmçinin 432 şagird-yerlik məktəb, 80 yerlik uşaq bağçası, klub-icma mərkəzi, inzibati bina, həkim-tibb məntəqəsinin tikintisi də nəzərdə tutulub.

Yaşayış məntəqəsində sələ qarşı, sahilbərkitmə və digər tədbirlər üzrə aidiyyəti dövlət qurumları ilə müqavilələr bağlanılıb, optimallaşdırma ilə əlaqədar layihə-smeta sənədləri Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib.

Qeyd edilib ki, Güləbird kənd yaşayış məntəqəsinin tikintisinin 2026-cı ilin noyabr ayında başa çatdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti