...

Ötən il ilk dəfə sertifikasiyaya cəlb edilmiş 25 müəllim müsahibədən kəsilib

Cəmiyyət Materials 13 Mart 2026 11:05 (UTC +04:00)
Ötən il ilk dəfə sertifikasiyaya cəlb edilmiş 25 müəllim müsahibədən kəsilib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə ilk dəfə sertifikasiyada iştirak edən və test mərhələsini müvəffəqiyyətlə başa vuran 16.6 min nəfər müəllim müsahibə mərhələsinə dəvət olunub.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabata görə, bu kateqoriyaya aid müəllimlərin müsahibəsində 16.4 min nəfər müəllim uğur qazanıb. 25 nəfər müəllim isə müsahibə mərhələsindən keçə bilməyib. 126 nəfər isə ümumiyyətlə müsahibə mərhələsinə gəlməyib.

Qeyd edək ki, sertifikasiya imtahanında 51 və daha yüksək bal toplamış 6.6 min müəllimin maaşına 35 % artım, 30-50 bal arası nəticə göstərən 11.3 min müəllimin maaşına isə 10 % artım əlavə edilib.

Xatırladaq ki, indiyədək 73.3 min nəfər müəllim sertifikatlaşmadan keçərək diferensial əməkhaqı alır. Sertifikatlaşmadan keçən müəllimlərin orta dərs yükü isə 17.5-dən 19.5-ə qədər artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti