Bakı.Trend:
Ötən il Azərbaycan üzərindən keçən tranzit yükdaşımaların həcmi əvvəlki illə müqayisədə 278,0 min ton və ya 1,9% azalaraq 14270,8 min ton təşkil edib.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabatda qeyd edilir ki, 2025-ci ildə nəqliyyat sektorunda gəlirlər 2024-cü illə müqayisədə 4,6% artaraq 14894,5 mln. manat olub.
