...

Lerik rayonu üzrə meşə quruluşu xəritələri hazırlanır

Cəmiyyət Materials 13 Mart 2026 11:08 (UTC +04:00)
Lerik rayonu üzrə meşə quruluşu xəritələri hazırlanır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin sifarişi əsasında respublikanın rayonları, o cümlədən Lerik rayonu üzrə meşə quruluşu xəritələri hazırlanmaqdadır.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilir ki, Lerik Rayon İcra Hakimiyyəti tərəfindən məntəqələrin hüdudları daxilində olan meşə ilə örtülü olmayan 477 ha, torpaq islahatı aparılan zaman vətəndaşlara pay torpağı kimi verilmiş 250 ha, ümumilikdə 727 ha torpaq sahəsinin meşə fonduna aid olmayan meşə ilə örtülü sahələrlə əvəz olunması nəzərdə tutulan ərazilər müəyyən edilmiş və hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə birlikdə çöl ölçmə işləri görülür.

Qeyd olunan torpaq sahələrinin koordinatları bir daha dəqiqləşdirildikdən sonra yerquruluşu planlarının hazırlanması nəzərdə tutulur. Bununla əlaqədar olaraq, meşə fondu torpaqlarının digər torpaqlarla əvəzləşdirilməsi və kateqoriyasının dəyişdirilməsi məsələsinə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın tələbləri çərçivəsində Lerik Rayon İcra Hakimiyyətinin müraciəti əsasında baxılacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti