Bakı. Trend:
2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyitərəfindənişaxtaran və işsiz vətəndaçların sosial müdafiəsinin gücləndirilimsəi, onların məşğulluğunun təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabata görə, ötən il peşə hazırlığına cəlb olunan 18.4 min nəfərin 11.8 mini qadınlar olub.14-29 yaş arası 9.5 min nəfər, 487nəfər əlilliyi olan, 1.4 min nəfər keçmiş məcburi köçkün, 52 nəfər cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxslər, 332 nəfər müharibə iştirkaçısı, 4 nəfər şəhid ailəsi üzvü peşə hazırlığına cəlb olunub.
"Böyük Qayıdış" Proqramı çərçivəsində Agentlik tərəfindən ərazi üzrə işəgötürənlərin tələblərinə uyğunluğunu artırmaq üçün 2025-ci ildə məskunlaşan şəxslərdən 152 nəfər peşə hazırlığına cəlb olunub.
