...

Omanda dron hücumundan sonra 2 nəfər həlak olub

Dünya xəbərləri Materials 13 Mart 2026 11:48 (UTC +04:00)
Omanda dron hücumundan sonra 2 nəfər həlak olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Omanın şimalında yerləşən Sohar əyalətində ölkənin hava məkanını pozmuş pilotsuz uçuş aparatının (PUA) vurulmasından sonra dağıntıların yerə düşməsi nəticəsində 2 nəfər həlak olub.

Trend bu barədə Oman KİV-ə istinadən xəbər verir.

Hadisənin təfərrüatları açıqlanmasa da, hər iki qurbanın xarici vətəndaş olduğu bildirilir. Bundan başqa, bir neçə nəfərin yaralandığı qeyd edilir.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti