...

2032-ci ilədək alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə ediləcək

Cəmiyyət Materials 13 Mart 2026 11:36 (UTC +04:00)
2032-ci ilədək alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə enerji istehsalı 28,6 mlrd. kVts təşkil etmiş, istehlak həcmi isə 24,7 mlrd. kVts-a yüksəlib.

Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, hazırda hökumətin əsas vəzifəsi enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirmək və enerji sistemimizi gücləndirməkdir:

“Mövcud planlara görə, biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik.

Bərpa olunan enerji sahəsində böyük potensialımızın reallaşdırılması məqsədilə dünyanın aparıcı ölkələrinin şirkətləri ilə səmərəli əməkdaşlıq qurulub. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti