...

İşləməyən şəxslərə “dəfn pulu” veriləcək? – RƏSMİ

Cəmiyyət Materials 13 Mart 2026 11:12 (UTC +04:00)
İşləməyən şəxslərə “dəfn pulu” veriləcək? – RƏSMİ
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İşləməyən şəxslərin vəfatı ilə bağlı dəfn xərclərinə müavinətin verilməsi nəzərdə tutulmur.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, vəfat etdiyi tarixə məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin. əmək pensiyaçılarının, dövlət qulluqçularına, ömürlük, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə sosial müavinətlərdən biri təyin edilmiş, həmçinin işsizlikdən sığorta ödənişi alan şəxslərin dəfn üçün müavinət almaq hüququ var.

Vurğulanıb ki, vəfat edən şəxslərin pensiya kapitalı əsasında onların ailə üzvlərinin qanunvericilikdə nəzərdə tutulmuş şərtlərlə ailə başçısının itirilməsinə görə pensiya təminatı həyata keçirildiyi üçün işləməyən şəxslərin vəfatı ilə bağlı dəfn xərclərinə müavinətin verilməsi nəzərdə tutulmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti