...

2025-ci ildə fiziki və hüquqi şəxslərə 539 milyon manatdan çox vəsait ödətdirilib

Cəmiyyət Materials 13 Mart 2026 11:07 (UTC +04:00)
2025-ci ildə fiziki və hüquqi şəxslərə 539 milyon manatdan çox vəsait ödətdirilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə məhkəmə və digər orqanlar tərəfindən icraya yönəldilən sənədlərin sayı bütün illər üzrə ən yüksək göstərici (438 min) olub, ümumilikdə icraatlarda olan işlərin sayı isə 1 380 mini keçib.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, görülmüş tədbirlər nəticəsində 824 mindən çox sənədin icraatı tamamlanmış və ya icrası qismən təmin edilib.

2024-cü illə müqayisədə fiziki və hüquqi şəxslərə 35 % daha çox olmaqla 539 milyon manatdan çox vəsait ödətdirilib, icra ödənişlərinin yığımı 80 % artırılaraq 12 milyon manatı keçib.

Məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı ibtidai istintaqı tamamlanmış 289 cinayət işi üzrə 2024-cü illə müqayisədə 36 % çox olmaqla 2,3 milyon manata yaxın ziyanın istintaqın gedişində ödənilməsi təmin olunub.

Məhkumların ictimai faydalı əməyə cəlb edilməsi təmin edilərək cinayət nəticəsində vurulmuş 1,5 milyon manata yaxın maddi ziyan ödənilib ki, bu da əvvəlki illə müqayisədə 30 % çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti