...

Neftçala–Yeniqışlaq–Mikayıllı avtomobil yolunun təmiri planlaşdırılır

Cəmiyyət Materials 13 Mart 2026 11:05 (UTC +04:00)
Neftçala–Yeniqışlaq–Mikayıllı avtomobil yolunun təmiri planlaşdırılır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Yerli əhəmiyyətli Neftçala–Yeniqışlaq–Mikayıllı avtomobil yolunun asfalt örtüklə təmir olunması Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət proqramına daxil edilmiş və təmiri nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilir ki, Salyan rayonundan keçməklə ümumi uzunluğu 50 km olan (Bakı–Astara magistral yoluna qədər olan məsafə) Neftçala–Xıdırlı avtomobil yolunun ilkin sxemi hazırlanıb.

Neftçala rayonu ərazisində 45 şəhid ailəsinin yaşadığı ünvanda ümumilikdə 13,2 km uzunluqda küçələr asfaltlaşdırılmış, 25 şəhid ailəsinin yaşadığı ünvanda isə 12,2 km uzunluqda küçələrə çınqıl döşənib.

Mövcud qaydalara əsasən avtomobil yolunun tikintisi nəzərdə tutulan ərazilərdə müvafiq inventarlaşdırma və qiymətləndirmə işləri həyata keçirildikdən, həmin ərazinin yol infrastrukturu üçün yararlılığı və əhəmiyyəti müəyyən edildikdən sonra bu barədə müvafiq qərar qəbul edilir. Neftçala rayonunun Xəzər kəndindən keçməklə birbaşa Masallı rayonuna asfalt yolun çəkilməsi məsələsinə aidiyyəti qurumların rəy və təklifləri əsasında baxılacaqdır.

Neftçala rayonu ərazisində keçmiş 26-lar–Xıllı adlanan yol Xıllı bələdiyyəsinin balansında olduğundan həmin yolun bərpa edilməsi məsələsinə yerli sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq bələdiyyənin maliyyə imkanları çərçivəsində baxıla bilər.

Neftçala–Yeniqışlaq–Mikayıllı avtomobil yolunun təmirinin növbəti illərin Dövlət İnvestisiya Proqramına salınması barədə təklif Yolları Dövlət Agentliyi tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim olunub.

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyun tarixli 623 nömrəli Sərəncamına əsasən Xaçmaz rayonu ərazisində yerləşən, ümumi uzunluğu 38,5 km olan avtomobil yolunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28 km)–Köhnə Xaçmaz–Xaspoladoba–Gəncəli–Babəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəhmədoba–Şərifoba–Qaracəlli marşrutu üzrə avtomobil yolunun əsaslı təmiri işlərinə 2025-ci ildə başlanılmışdır. Avtomobil yolunun əsaslı təmiri işlərinin 2026-cı ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur.

Sözügedən kənd yollarının isə növbəti illərin Dövlət İnvestisiya Proqramına salınması barədə təklif Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İqtisadiyyat Nazirliyinə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti