Bakı. Trend:
2025-2026-cı tədris ili üzrə Hökümətlərarası Təqaüd Proqramı çərçivəsində Azərbaycanda 62 əcnəbi vətəndaş təhsil alamq hüququ qazanıb.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabata görə, onlardan 23 nəfər Çin, 11 nəfər Qazaxıstan, 4 nəfət Tacikistan, 4 nəfər Qırğızıstan, 20 nəfər Somali vətəndaşı olub.
HTP çərçivəsində ötən il ölkədə təhsil hüququ qazanmış əcnəbilərin sayı əvvəlki illə müqayisədə 32 faiz çox olub. Eyni zamanda, 2025-ci ildə 2 yeni ölkədən (Qırğızıstan və Somali) tələbə qəbulu aparılıb.
