Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə indiyədək 33 ədəd 35 kV-luq, 14 ədəd 110 kV-luq, 1 ədəd 330 kV-luq yarımstansiya inşa edilib.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabata görə, 1067.7 km uzunluqda 35 kV-luq,774 km uzunluqda 110 kV-luq, 262 km uzunluqda 330 kV-luq, 74.3 km uzunluqda 0.4 kV-luq elektrik enerjisi xətləri çəkilib.
2025-ci il ərzində Xankəndi şəhərində 110/35/10 kV-luq "Xankəndi-1" YS-nin və Laçın rayonunda Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub.
