Bakı. Trend:
2025-ci il ərzində ümumilikdə 141,7 min nəfərə reabilitasiya xidməti göstərilib, çarpayı fondunun doluluğu 84,5% təşkil edib.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, səyyar reabilitasiya tədbirləri çərçivəsində 2025-ci ildə 2,2 min əlilliyi olan şəxsə xidmət göstərilib.
2025-ci il ərzində dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında 25,3 min ilkin və 29,2 min təkrar əlillik təyinatı olmaqla 54,5 min əlillik təyinatı aparılıb.
Onlardan orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə (1 dərəcə) ilkin əlilliyi müəyyən edilmiş şəxslərin sayı 5,9 min, 61-80% pozulmasına görə (II dərəcə) ilkin əlilliyi müəyyən edilmiş şəxslərin sayı 8,7 min, 31-60% pozulmasına görə (III dərəcə) ilkin əlilliyi müəyyən olunmuş şəxslərin sayı isə 10,7 min nəfər olub.
