Bakı.Trend:
Son iki ildə Dövlət Müdafiə Sifarişinin həcmi iki dəfədən çox artıb, həmçinin istehsal edilən müdafiə təyinatlı məmulatların əhəmiyyətli hissəsi ixraca yönləndirilib.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabatda qeyd edilir ki, ötən il Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 227 adda müdafiə təyinatlı məmulatlar istehsal edilərək aidiyyəti dövlət orqanlarına təhvil verilib, 92 adda zirehli texnikanın, atıcı silah və digər əmlakın təmiri həyata keçirilmiş, 310 adda müxtəlif məmulatın utilizasiyası üzrə müqavilələr imzalanıb və tam icra olunub.
