...

2025-ci ildə işsizlikdən sığorta ödənişləri üçün 17 milyon manat xərclənib

Cəmiyyət Materials 13 Mart 2026 11:03 (UTC +04:00)
2025-ci ildə işsizlikdən sığorta ödənişləri üçün 17 milyon manat xərclənib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Statistika Komitəsinin ilkin məlumatına əsasən 2026-cı il yanvar ayının 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1808,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 865,8 min nəfər, qeyri-dövlət sektorunda isə 942,2 min nəfər təşkil edib.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8 %-i məhsul istehsalı, qalanları isə müxtəlif xidmət sahələrində fəaliyyət göstəriblər.

2025-ci il ərzində 189,4 min nəfər münasib işlə təmin edilib, 18,4 min nəfər peşə hazırlığı kurslarına, 16,8 min nəfər özünüməşğulluq proqramına cəlb olunub, 10,8 min nəfərə isə işsizlikdən sığorta ödənişi təyin olunub.

Peşə hazırlığı kursları

2025-ci il ərzində ümumilikdə 18,4 min nəfər peşə hazırlığına cəlb olunub, peşə hazırlığını bitirənlərdən 61,4 %-i işlə təmin olunub. Peşə hazırlığına cəlb olunan 18,4 min nəfərdən qadınların sayı 11,8 min nəfər, gənclərin sayı (14-29 yaş arası) 9,5 min nəfər, əlilliyi olan şəxslərin sayı 487 nəfər, keçmiş məcburi köçkünlərin sayı 1,4 min nəfər, cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxslərin sayı 52 nəfər, müharibə iştirakçılarının sayı 332 nəfər, şəhid ailəsi üzvlərinin sayı 4 nəfər təşkil edib.

“Böyük Qayıdış” Proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən vətəndaşların ərazi üzrə adaptasiyası, həmçinin ərazi üzrə işəgötürənlərin tələblərinə uyğunluğunu artırmaq üçün 2025-ci il ərzində məskunlaşan şəxslərdən 152 nəfər peşə hazırlığı kursuna cəlb olunub.

Özünüməşğulluq proqramı

Hesabat dövründə özünüməşğulluq proqramına 16,8 min nəfər cəlb olunub. Onlardan 8,8 min nəfəri kənd təsərrüfatı, 8,0 min nəfəri isə istehsal-xidmət istiqaməti üzrə proqrama müraciət edib. Həmin şəxslərdən 94 nəfəri şəhid ailəsi üzvü, 1,3 min nəfəri əlilliyi olan şəxs, 976 nəfəri keçmiş məcburi köçkün, 6,5 min nəfəri qadın, 2,5 min nəfəri 29 yaşadək gənc, 262 nəfəri cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxs və 131 nəfəri ünvanlı dövlət sosial yardımı alan şəxslər olub.

İşsizlikdən sığorta ödənişi

Hesabat dövrü ərzində 10,8 min nəfər işsiz şəxsə işsizlikdən sığorta ödənişi təyin olunub ki, bu da 2024-cü ilə nisbətən 1 042 nəfər çoxdur. 2025-ci ildə işsizlikdən sığorta ödənişləri üçün 17 milyon manat vəsait xərclənib.

2025-ci il ərzində 7,0 min nəfər şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib, onlardan 215 nəfəri şəhid ailəsi üzvü, 723 nəfəri əlilliyi olan şəxs, o cümlədən 173 nəfəri müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs, 696 nəfəri müharibə veteranı, 396 nəfəri keçmiş məcburi köçkün, 2,8 min nəfəri qadın, 699 nəfəri 29 yaşadək gənclər, o cümlədən 18 nəfəri 20 yaşadək gənc, 290 nəfəri pensiya yaşına iki ildən az qalmış şəxslər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti