Bakı. Trend:
Çin 2026-cı ildə iqtisadi artımı 4,5–5 faiz səviyyəsində təmin etməyi planlaşdırır. Eyni zamanda şəhər və qəsəbələrdə məşğulluğun artımı 12 milyon nəfəri ötəcək.
Trend xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey bu gün Bakıda keçirilən brifinqdə bildirib.
Çinin gözlənilən iqtisadi artım tempi dünya üzrə orta göstəricini üstələyir və dünyanın ən böyük iqtisadiyyatları arasında ən yüksək göstəricilərdən biri olaraq qalır. Bu, qlobal iqtisadiyyata olan etimadın möhkəmlənməsinə və onun sabitliyinin qorunmasına töhfə verəcək”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, hazırda Çin 150-dən çox ölkə və region üçün əsas ticarət tərəfdaşıdır və artıq 17 ildir ki, dünyada idxal həcminə görə ikinci ən böyük bazar olaraq qalır.
