Bakı.Trend:
Vəkillər Kollegiyası hüquqşünasların birləşdiyi ən böyük peşə təşkilatıdır.
Trend xəbər verir ki, bu fikirləri bu gün Vəkillər Kollegiyasının sədri Anar Bağırov Vəkillər Kollegiyasının təntənəli andiçmə və təltifetmə mərasimində deyib.
Kollegiya sədri qeyd edib ki, 2018-ci ildən etibarən vəkilliyə
qəbul prosesi daha da genişləndirilib və bu müddət ərzində
ümumilikdə 16 test imtahanı keçirilib. Həmin imtahanlarda 6 893
namizəd iştirak edib, onlardan 2 036-sı uğurla icbari təlim
mərhələsini başa vuraraq and içib və Kollegiyanın üzvü olub:
“Bugünkü tədbirə təntənəli şəkildə and içərək Kollegiyaya üzv qəbul
olunmaq üçün daha 50 namizəd qatılıb. Bununla da ölkədə fəaliyyət
göstərən vəkillərin ümumi sayı 2 867 nəfərə çatıb. Yeni qəbul
olunan namizədlərdən 35 nəfəri kişi, 15nəfəri qadındır. Onlardan 6
nəfəri regionlarda, 44 nəfəri isə paytaxtda fəaliyyət
göstərəcək”.
A.Bağırov qeyd edib ki, yeni qəbul olunan üzvlərlə birlikdə qadın vəkillərin sayı 643 nəfərə yüksəlib və bu göstərici ümumi üzvlərin təxminən 22 faizini təşkil edir. Bu isə vəkillik peşəsində gender balansının tədricən gücləndiyini göstərir.
