Bakı. Trend:
“Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi xidmətlərin (Hemodializ, Periton Dializi) təşkili və təkmilləşdirilməsinə dair Komissiya” tərəfindən 2025-ci ilin hesabat dövrünə 4,3 min nəfər xəstə qeydiyyata alınıb.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabata görə, onlardan 156 nəfəri Naxçıvan Muxtar Respublikasından olan xəstələrdir.
2025-ci ildə tibb müəssisələrində ümumilikdə 503,9 min dializ seansı icra olunub. 12 iyun tarixindən TƏBİB-in tabeliyində fəaliyyət göstərən 47 tibb müəssisəsində hemodializ xidmətinin mövcud vəziyyətinin yerində öyrənilməsinə başlanılıb, yerlərdə hemodializ xidmətinin qiymətləndirilməsi aparılıb, həmçinin dərman vasitələrinin təyinatı üzrə tez-tez rast gəlinən nöqsanlarla bağlı təlimlər keçirilib.
