...

Qarabağda 45, Şərqi - Zəngəzurda 20 təhsil müəssisəsinin tabeliyi dəyişəcək

Cəmiyyət Materials 13 Mart 2026 11:05 (UTC +04:00)
Qarabağda 45, Şərqi - Zəngəzurda 20 təhsil müəssisəsinin tabeliyi dəyişəcək
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Gələcəkdə tabeliyi dəyişəcək 45 Qarabağ və 20 Şərqi-Zəngəzur müəssisəsi üzrə aidiyyəti qurumlara müraciət edilib.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabata görə, bununla bağlı ictimaiyyətlə kommunikasiya planı hazırlanmış və 5 illik strateji optimallaşdırma planı üzərində iş aparılıb.

Qeyd edək ki, 2025-ci il ərzində ümumilikdə 115 müəssisə (86 ləğv, 10 faliyyəti dayandırılan, 19 tipi dəyişən) ümumi təhsil müəssisələrinin siyahısına daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti