...

2025-ci ildə bütün növ nəqliyyat vasitələri ilə daşınan sərnişin sayı məlum olub

İqtisadiyyat Materials 13 Mart 2026 11:02 (UTC +04:00)
2025-ci ildə bütün növ nəqliyyat vasitələri ilə daşınan sərnişin sayı məlum olub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ildə dəniz limanlarında yükləmə-boşaltma əməliyyatları 2024-cü illə müqayisədə 7,8% azalaraq 13,0 mln. ton təşkil edib.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilir ki, bütün növ nəqliyyat vasitələri ilə daşınmış sərnişin sayı 2024-cü il ilə nisbətən 6,1% artaraq 2215,1 mln. nəfər, ümumi sərnişin dövriyyəsi isə 8,0% artaraq 42561,5 mln. sərnişin-km təşkil edib. Bu sərnişinlərin 1973,8 milyonu avtomobil nəqliyyatı, 226,8 milyonu metro, 4162,1 mini hava, 10,3 milyonu dəmir yolu, 25,5 mini isə su nəqliyyatı vasitəsi ilə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti