...

XII Qlobal Bakı Forumunun ikinci günü öz işini yekunlaşdırıb (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 13 Mart 2026 10:36 (UTC +04:00)
XII Qlobal Bakı Forumunun ikinci günü öz işini yekunlaşdırıb (FOTO) (YENİLƏNİB)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın paytaxtında "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilib.

Trend xəbər verir ki, bu gün "Çin və Qlobal idarəçilik təşəbbüs "Çin və Qlobal İdarəetmə Təşəbbüsü", "Danışıqlardan kənarda: COP-un həyat qabiliyyətinin qorunması uğrunda mübarizə", "Orta Dəhliz və Avrasiya nəqliyyat qovşağı", "Afrika: bu gün və sabah", "2030 Gündəliyinin həyata keçirilməsinin sürətləndirilməsi: inklüziv artım və dayanıqlı qarşılıqlı əlaqəlilik" kimi mövzular üzrə müzakirələr keçirilib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov forumda çıxışı zamanı bildirib ki, Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun Qərblə inteqrasiyasının hərəkətverici qüvvəsidir.

Nazir qeyd edib ki, Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqazı vahid məkanda birləşdirir.

“Bu dəhliz təkcə Çindən və Asiyadan Türkiyə və Avropaya, eləcə də əks istiqamətdə malların ticarəti və tranziti üçün vacib deyil, daha da önəmlisi odur ki, ondan, regionun iqtisadi artımının, ticarətin və Qərblə inteqrasiyanın real hərəkətverici qüvvəsi kimi istifadə olunur”, - M. Cabbarov bildirib.

M. Cabbarov vurğulayıb ki, geniş mənada nəqliyyat sahəsində ciddi çağırışlar mövcuddur. Onun sözlərinə görə, universal hüquqlar məsələsi ilə bağlı müxtəlif baxışlar olsa da, hər hansı qaydaların mövcudluğu onların ümumiyyətlə olmamasından daha yaxşıdır.

Rumıniyanın sabiq baş nazir müavini Ana Birçall isə çıxışında bildirib ki, TRIPP layihəsi (Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu) Şərq və Qərb arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində növbəti addımdır.

“TRIPP - 42 kilometrlik seqment - dövlət və özəl iştirakçılar üçün Orta Dəhlizin cəlbediciliyini artıraraq və dövriyyəni genişləndirərək dəyərli alternativ təmin edəcək. Beləliklə, mövcud şəraitdə Orta Dəhliz sabitləşdirici ox rolunu oynamalıdır. Bu, sadəcə infrastruktur layihəsi deyil. Bu, sabitlik, şaxələndirmə və müstəqillik üçün strateji alətdir”, - deyə o bildirib.

Birçall qeyd edib ki, bu gün Qafqaz və Mərkəzi Asiya artıq yalnız enerji və ya ticarət üçün tranzit dəhlizləri kimi nəzərdən keçirilmir.

“Onlar strateji əhəmiyyətli nöqtələrə çevriliblər və onların siyasi qərarları, təhlükəsizlik arxitekturası və iqtisadi dayanıqlığı yalnız öz gələcəklərini deyil, həm də Avropadan Asiyaya qədər qüvvələr balansını formalaşdıracaq”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti