...

Büdcədən məcburi köçkünlərin kommunal ehtiyaclarına nə qədər vəsait ödənilib?

Cəmiyyət Materials 13 Mart 2026 11:13 (UTC +04:00)
Büdcədən məcburi köçkünlərin kommunal ehtiyaclarına nə qədər vəsait ödənilib?
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisində ictimai və inzibati binalarda məskunlaşmış məcburi köçkünlər tərəfindən istifadə edilən içməli su, təbii qaz və elektrik enerjisi sərfiyyatına, eləcə də çirkab suların axıdılması və məişət tullantılarının daşınmasına görə il ərzində dövlət büdcəsindən ümumilikdə 18 320 min manat vəsait kommunal xidmət təşkilatlarının hesabına köçürülüb.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, sıx məskunlaşma obyektlərində və mövcud məcburi köçkün qəsəbələrində elektrik enerjisi verilişinin və içməli su təminatının dayanıqlığının təmin edilməsi məqsədilə qabaqlayıcı tədbir olaraq 2025-ci ildə 499,9 min manat dəyərində 75,9 min metr müxtəlif ölçülü və markalı kabel-naqil alınaraq tələbat yerlərinə çatdırılıb, həmçinin zəruri inzibati binalara 1 732 reys su (18,2 min ton) daşınıb.

2025-ci ildə məcburi köçkünlərin məişət problemlərinin həlli məqsədilə 3 811 min manat vəsait hesabına onların məskunlaşdıqları 94 obyekt üzrə 26,5 min kv.metr yumşaq, 57,2 min kv.metr isə rəngli metal dam örtüyü dəyişdirilib, şəhid və qazi ailələrinin ağır şəraitdə yaşadıqları 3 mənzil də daxil olmaqla, müxtəlif səbəblərdən baş vermiş yanğın nəticəsində yararsız hala düşmüş 40 mənzildə (evdə) təmir işləri həyata keçirilib.

Bundan başqa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan qəsəbə və yaşayış komplekslərində hesabat ilində 345 mənzil və ya fərdi ev təmir edilib, 17 binanın dam örtüyü dəyişdirilib, 2 binanın pilləkan qəfəsləri və dəhlizləri təmir edilib, 10 binanın aqlay üzlükləri yeniləri ilə əvəz edilib, 4 qəsəbənin daxili yollarında təmir işləri həyata keçirilib. Qeyd olunan təmir-bərpa işlərinə ümumilikdə 8 747 min manat vəsait sərf edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti