Bakı.Trend:
Hazırda vəkillik peşəsi hüquqşünaslar üçün ən cəlbedici fəaliyyət sahələrindən birinə çevrilib. Yaxın gələcəkdə vəkillərin sayının 3 mini keçəcəyi gözlənilir.
Trend xəbər verir ki, bu fikirləri bu gün Vəkillər Kollegiyasının sədri Anar Bağırov Vəkillər Kollegiyasının təntənəli andiçmə və təltifetmə mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Nəzərə almaq lazımdır ki, vəkillər köməkçilərlə birlikdə fəaliyyət göstərirlər. Köməkçilər və digər əməkdaşlar da daxil olmaqla, Vəkillər Kollegiyası sistemində ümumilikdə 4 mindən çox insan çalışır. Bu, kifayət qədər böyük bir təşkilati strukturdur.
Vəkillər Kollegiyası tamamilə özünü maliyyələşdirən bir qurumdur, yəni təşkilat kənardan maliyyə yardımı almadan fəaliyyətini təmin edir və bütün xərclər daxili resurslar hesabına qarşılanır”, - sədr bildirib.
Vəkillər Kollegiyasının sədri qeyd edib ki, vəkillərin sayının artması məhkəmə-hüquq sistemində mühüm rol oynayır.
"Yeni hakim korpusunun formalaşdırılmasında vəkillərin təcrübəsindən də istifadə olunur", - deyə o əlavə edib.
“Nəzərə almaq lazımdır ki, vəkillər köməkçilərlə birlikdə fəaliyyət göstərirlər. Köməkçilər və digər əməkdaşlar da daxil olmaqla Vəkillər Kollegiyası sistemində ümumilikdə 4 mindən çox insan çalışır. Bu isə kifayət qədər böyük bir təşkilati strukturdur.
Vəkillər Kollegiyası tam şəkildə özünü maliyyələşdirən bir qurumdur. Yəni, təşkilat kənardan maliyyə yardımı almadan fəaliyyətini təmin edir və bütün xərclər daxili resurslar hesabına qarşılanır”.
Vəkillər Kollegiyasının sədri qeyd edib ki, vəkillərin sayının artması məhkəmə-hüquq sistemində də mühüm rol oynayır.
“Yeni hakim korpusunun formalaşdırılmasında vəkillərin də təcrübəsindən istifadə olunur”,-deyə o əlavə edib.
