...

Ötən il nəqliyyat sektoru üzrə daşınmış yüklərin həcmi 1,8% artıb

İqtisadiyyat Materials 13 Mart 2026 11:01 (UTC +04:00)
Ötən il nəqliyyat sektoru üzrə daşınmış yüklərin həcmi 1,8% artıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Nəqliyyat sektoru üzrə 2025-ci il ərzində bütün növ nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2024-cü illə müqayisədə 1,8% artaraq 243,2 mln. ton, ümumi yük dövriyyəsi isə 3,4% artaraq 100,3 mlrd. ton-km təşkil edib.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilir ki, ötən il ümumi yüklərin 151,7 mln. tonu avtomobil, 16,8 mln. tonu dəmir yolu, 9,1 mln. tonu su, 0,391 mln. tonu hava nəqliyyatı ilə daşınmış, 65,3 mln. tonu isə boru kəmərləri ilə nəql olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti