...

İqlim dəyişikliyi qlobal əməkdaşlıq tələb edən çağırışdır - COP22 prezidenti

Siyasət Materials 13 Mart 2026 14:17 (UTC +04:00)
İqlim dəyişikliyi qlobal əməkdaşlıq tələb edən çağırışdır - COP22 prezidenti
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişikliyi qlobal əməkdaşlıq tələb edən çağırışdır.

Trend xəbər verir ki, bu barədə 2013–2017-ci illərdə Mərakeşin Xarici İşlər və Əməkdaşlıq naziri, COP22 Prezidentı Səlahəddin Mezuar bu gün “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

“Bu gün məsələ yalnız iqlim öhdəlikləri ilə bağlı danışıqlar deyil, həm də prosesin özünün effektiv qalmasıdır. Dünya getdikcə daha da parçalanır və multilateralizm təzyiq altında qalır”, – deyə o qeyd edib.

Mezuarın sözlərinə görə, bu kontekstdə COP-da əsas qərarqəbuletmə prosesi qlobal əməkdaşlıq üçün son universal məkanlardan biri olaraq qalır.

“Əsas proses beynəlmilləl xarakter daşıyır: bütün ölkələr hələ də bir masanın ətrafında otururlar. Müasir dünyada bu beynəlmilləllik heç vaxt olmadığı qədər önəmlidir. İqlim dəyişikliyi qlobal çağırışdır. Və bu çağırışlar qlobal əməkdaşlıq tələb edir”, – deyə o vurğulayıb.

O həmçinin, COP sisteminin xüsusiyyətlərinə diqqət çəkib. Onun sözlərinə görə, sistem konsensus əsasında qurulub.

“Konsensus legitimlik verir və hər ölkənin səsvermə hüququnu təmin edir. Amma konsensus həm də çağırış yaradır: yekdil qərar qəbulu tələb olunan hallarda, irəliləyiş ləng gedə bilər”, – o bildirib.

Mezuar iqlim fəaliyyətlərinin sürətləndirilməsi üçün “iradə koalisiyaları”nın mümkünlüyünü qeyd edib.

“Bu koalisiyalar daha sürətli hərəkət edə bilər – öhdəlikdən icraya. Lakin onlar COP prosesinin yerini tutmamalıdır. Onların məqsədi prosesi dəstəkləmək və mövcud sistem çərçivəsində əməkdaşlıq etməkdir”, – deyə o vurğulayıb.

Mezuar iqlim fəaliyyətlərinin sürətləndirilməsi üçün “iradə koalisiyaları”nın mümkünlüyünü qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti