...

Bəzən vətəndaşlara verilən heyvanlar, avadanlıqlar müəyyən vaxtdan sonra satılır – Elçin Mirzəbəyli

Cəmiyyət Materials 13 Mart 2026 15:43 (UTC +04:00)
Bəzən vətəndaşlara verilən heyvanlar, avadanlıqlar müəyyən vaxtdan sonra satılır – Elçin Mirzəbəyli
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Özünəməşğulluq proqramları çərçivəsində həm proqrama cəlb edilən şəxslərin məsuliyyətinin artırılması, həm də motivasiya xarakterli addımların atılması zəruridir.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, bir sıra hallarda müəyyən bir zaman kəsiyindən sonra vətəndaşlara verilən iri və xırdabuynuzlu heyvanlar, həmçinin avadanlıqlar satılır və bununla da özünəməşğulluq proqramlarının əsas hədəfi, məşğullluğun davamlılığının təmin edilməsi elə başlanğıc mərhələdən sıradan çıxmış olur:

“Bu sahədə həm fərdi hüquqi öhdəliklərin müəyyənləşməsinin, həm də öz işinə vicdanla yanaşan şəxslərə təsərrüfatlarını genişləndirmək üçün davamlı dəstək verilməsin vacibdir.

Çox yaxşı olardı ki, özünəməşğulluq proqramlarının icrası prosesində müvafiq sahələr üzrə ayrı-ayrı dövlət qurumları, iri kənd təsərrüfatı subyektləri, banklar və digər təsisatlar da koordinasiyalı şəkildə hərəkət etsinlər, proqrama cəlb edilən, təsərrüfatlarını, iş yerlərini inkişaf etdirməyə çalışan vətəndaşlara yeni iş yerləri yaratmaları üçün dəstək versinlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti