...

Son illər beynəlxalq arenada Azərbaycanın nüfuzu əhəmiyyətli dərəcədə artıb - BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri (ÖZƏL)

Siyasət Materials 13 Mart 2026 17:27 (UTC +04:00)
Son illər beynəlxalq arenada Azərbaycanın nüfuzu əhəmiyyətli dərəcədə artıb - BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri (ÖZƏL)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Son illər ərzində Azərbaycanın beynəlxalq arenada nüfuzu əhəmiyyətli dərəcədə artıb.

Bunu Birləşmiş Millətlər Təşkilatının 72-ci Baş Assambleyasının sədri Miroslav Layçak “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, forum böyük təcrübə və biliyə malik görkəmli siyasətçiləri və ictimai xadimləri bir araya gətirir.

“Buradakı müzakirələr məzmunlu və çox maraqlıdır”, – deyə o qeyd edib.

Layçak vurğulayıb ki, forumun mühüm xüsusiyyətlərindən biri müxtəlif ölkə və qitələri təmsil edən iştirakçıların qatılmasıdır ki, bu da fərqli baxışların səsləndirilməsinə və həqiqi müzakirələrin aparılmasına imkan yaradır.

“Bu, qapalı "əks-səda kamerası" deyil, fikir mübadiləsinin real şəkildə aparıldığı bir platformadır. Bundan əlavə, tədbirin təşkilatı da qüsursuz səviyyədədir”, – deyə o bildirib.

Azərbaycan və Birləşmiş Millət Təşkilatı arasındakı əməkdaşlığı şərh edən diplomat ölkənin beynəlxalq arenada böyük hörmət sahibi olduğunu diqqətə çatdırıb.

“Azərbaycan çox hörmət edilən bir ölkədir və hər bir beynəlxalq təşkilat, eləcə də dövlətlər onunla yaxşı münasibətlər saxlamağa çalışır”, – deyə Layçak bildirib.

Onun sözlərinə görə, Azərbaycan həmçinin BMT sistemində konstruktiv rol oynayıb və son illərdə ölkənin nüfuzu, eləcə də ona olan hörmət həm BMT-də, həm də ümumilikdə beynəlxalq arenada əhəmiyyətli dərəcədə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti