...

“Qarabağ”ın legioneri Norveç klubuna keçir

İdman Materials 13 Mart 2026 14:09 (UTC +04:00)
“Qarabağ”ın legioneri Norveç klubuna keçir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Qarabağ”ın futbolçusu Kris Kuaku karyerasını Norveçdə davam etdirəcək.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Kot d`İvuardan olan 26 yaşlı yarımmüdafiəçi “Sarpsborq” komandası ilə müqavilə imzalamağa yaxındır.

Yarımmüdafiəçi keçidi rəsmiləşdirmək üçün Norveçə yollanıb. Transferin tamamlanması üçün yalnız tibbi müayinənin nəticəsi gözlənilir. Tərəflərin artıq transferin bütün şərtləri üzrə razılığa gəldikləri qeyd olunub.

Qeyd edək ki, Kris Kuaku “Qarabağ”a 2025-ci ilin yayında keçmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti