...

Özbəkistan çoxsəviyyəli nəqliyyat dəhlizləri sisteminin yaradılmasının tərəfdarıdır - Prezident müşaviri

İqtisadiyyat Materials 13 Mart 2026 14:38 (UTC +04:00)
Özbəkistan çoxsəviyyəli nəqliyyat dəhlizləri sisteminin yaradılmasının tərəfdarıdır - Prezident müşaviri
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend

Özbəkistan çoxsəviyyəli nəqliyyat dəhlizləri sisteminin yaradılmasının tərəfdarıdır.

Trend xəbər verir ki, bunu Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov bu gün XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Orta Dəhliz və Avrasiyanın nəqliyyat qapıları” adlı panel iclasında bildirib.

“Özbəkistan Zəngəzur dəhlizinin yüksək siyasi səviyyədə açılmasını dəstəkləyən ilk ölkələrdən biri olub. Ölkəmiz nəqliyyat dəhlizlərinin çoxsəviyyəli sisteminin yaradılmasının tərəfdarıdır və bunu yalnız təhlükəsizliyin təmin edilməsində əsas amil kimi deyil, həm də iqtisadiyyatlarımızın rəqabət qabiliyyətinin artırılması üçün strateji şərt kimi qiymətləndirir. Biz əminik ki, bu istiqamətlərin qarşılıqlı əlaqəsinin təmin olunması Şərqi Asiyadan Yaxın Şərqə və Avropaya qədər uzanan məkanı əhatə edən, əsasən nəqliyyat marşrutlarından ibarət çoxsəviyyəli və şaxələndirilmiş sistemin formalaşmasına imkan verəcək”, - o bildirib.

Onun sözlərinə görə, belə inteqrasiya bütün maraqlı tərəflər - investorlar, istehsalçılar və sərmayeçilər üçün Orta Dəhlizə yeni önəm qazandıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti