...

Azərbaycanın aparıcı bədii kollektivləri ilə regionlarda genişmiqyaslı mədəni qastrol proqramı başlayır

Mədəniyyət Materials 13 Mart 2026 17:55 (UTC +04:00)
Azərbaycanın aparıcı bədii kollektivləri ilə regionlarda genişmiqyaslı mədəni qastrol proqramı başlayır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bu aydan etibarən ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü kimi reallaşdırılır.

Mart ayında qastrol proqramı Ağdam, Laçın, Gəncə və Mingəçevir şəhərlərini əhatə edəcək.

Mart ayı konsert proqramı:

16 mart – Ağdam şəhəri
Ağdam Muğam Mərkəzi | 17:00
Beynəlxalq Muğam Mərkəzi Əməkdar kollektiv S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri

17 mart – Laçın şəhəri
“LaCinema” kinoteatrı | 13:00
Beynəlxalq Muğam Mərkəzi Əməkdar kollektiv S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri

19 mart – Gəncə şəhəri
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası | 20:00
M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası

28 mart – Mingəçevir şəhəri
Mingəçevir Dövlət Dram Teatrı | 18:00

29 mart – Mingəçevir şəhəri
Heydər Əliyev Mərkəzi | 18:00
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
Simfonik Orkestri, solistləri və xor kollektivi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti